Rubrikalar

“Qaranquş” jurnalı 5 yaşından 10 yaşına kimi uşaqların dünyagörüşünü artırmağa, maarifləndirməyə və əyləndirməyə yönəlmiş jurnaldır. Burada yer alan rubrikalar vasitəsilə balacalar həm maraqlı informasiyalar əldə edə, həm də asudə vaxtlarını səmərəli keçirə biləcək oyunlar oynayacaq. Jurnal 44 səhifədən ibarətdir.

Jurnalın məqsədlərindən biri müəllimlər üçün əlavə metodik vəsaitə çevrilməkdir. Bunun üçün jurnalda yer alan yazılar PYP proqramına uyğun hazırlanmalıdır.

PYP IB Proqram- Beynəlxalq Balakavriatın İbtidai Təhsil Proqramı şagirdlərin təhsil, sosial və emosional səviyyəsini inkişaf etdirməyə yönəlib. Bu program IB şagirdinin təsvirinə uyğun olaraq, beynəlxalq səviyyəli düşüncə tərzi (intellekt) və güclü şəxsi dəyərlər də daxil olmaqla müxtəlif xüsusiyyətlər aşılamaq məqsədi daşıyır.

Şeir

rubrika 5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Təqdim olunan şeirləri bağça yaşlı uşaqlar və məktəblilər əzbərləyə bilməsi üçün rahat dildədir.

Heyvanlar danışa bilsəydi...

bu rubrika əsasən 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Məqsəd heyvanların dilindən, heyvanların özü barədə çox sadə informasiyaların uşaqlara çatdırılmasıdır.

Mən böyüyəndə

rubrika müxtəlif peşə sahələrini uşaqlara sevdirmək məqsədini daşıyır. Ənənəvi peşə sahələrindən başqa daha fərqli, maraqlı sahələrin olması barədə uşaqlara məlumat vermək və həmin peşə sahəsinə aid hər hansı praktik iş rubrikanın əsasını təşkil edir. Peşə sahəsi barədə peşəkarın özü müsahibə formasında təqdim olunur. Rubrika 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Modabaz

uşaqlarda geyim zövqünün formalaşdırılması məqsədini daşıyan rubrikada balacalar hansısa geyim mağazalarından paltarlar almaqla deyil, öz dolabında olan geyimləri bir birinə düzgün uyğunlaşdırmaqla maraqlı obraz yarada biləcəklər. Həmçinin nəinki geyim, səliqəli saç düzümü, məkana uyğun zövqlü geyim bura aiddir. Rubrika qızlar və oğlanlar üçün nəzərdə tutulub. Yaş həddi 7-10.

Tariximizi unutmayaq

rubrikada tariximiz haqqında informasiya hekayə formasında və ya sadə və maraqlı tərzdə uşaqlara çatdırılır. Yaş həddi 6-10

Bəs sən olsan nə edərdin?

Uşaqlarda tənqidi-təfəkkürün formalaşmasına yardım edən rubrikada, oxucular müəyyən hadisələr qarşısında qalaraq özlərinin necə addım atacaqlarını düşünürlər.

Komiks

Hadisələr müxtəlif qəhrəmanların iştirakı ilə komiks şəklində təqdim olunur. Yaş həddi 6-8

Biləndər uşaqlar

rubrikanın qəhrəmanları olan 5 biləndər uşağın əsas məqsədi yeni məlumatlar əldə etmək, araşdırmaq, oxuculara maraqlı gələ biləcək hadisələrlə onları qarşılaşdırmaqdır. Rubrika silsilə xarakterlidir və baş verən hadisələr biləndər uşaqların ətrafında cərəyan edir. Yaş həddi 7-10

Sağlam qidalan

balacaların qidalandığı məhsulların, ərzaqların, meyvələrin onlara nə qədər faydalı olub olmaması barədə informasiyalardan ibarət olan rubrika, onların anlaya biləcəyi, sadə dildədir. Yaş həddi 7-10

Təbiətimiz

bizi əhatə edən təbiət haqqında informasiyalar rubrikanın əsasını təşkil edir. Bura təkcə Azərbaycanın təbiəti aid deyil. Təbiət hadisələrindən tutmuş, ətraf mühit, fauna və flora haqqında maraqlı informasiyalar bura daxildir. Yaş həddi 8-10

Tapa bilərsən

əyləncə xarakteri daşıyan rubrika həm də uşaqları düşündürür. Burada tapmacalar əsas rol oynayır. Yaş həddi 7-10

Gül bir az

maraqlı və gülməli lətifələr uşaqları əyləndirmək məqsədi daşıyır. Yaş həddi 6-10

Hekayə

müxtəlif mövzulu, maraqlı sonluğu və nəticəsi olan hekayələr bu rubrikada yer alır. Yaş həddi 6-10

Aşpazam

rubrikada balacalara asan və maraqlı formalarda sadə yeməklərin hazırlanması qaydaları izah olunur. Yaş həddi 8-10

Öyrənək və əməl edək

rubrikanın məqsədi uşaqlara təhlükəsizlik qaydaları, ətraf mühitə və digər insanlara qarşı münasibət kimi tərbiyəvi xarakterli məlumatların verilməsi, həmçinin bu informasiyalar vasitəsilə yeni biliklərin öyrədilməsidir. Yaş həddi 7-10

Azərbaycanım

rubrikada oxucular Azərbaycanın müxtəlif yerlərinə səfər edəcəklər. Yaş həddi 7-10

Əylənək və öyrənək

müxtəlif oyunlar, hesablamalar uşaqları həm düşündürəcək həm də əyləndirəcək. Yaş həddi 6-10

Xaricə səyahət

rubrika sayəsində balacalar ölkədən kənara səyahət edəcəklər. Maraqlı şəhərlər, görməli yerlər barədə informasiyalar rubrikanın əsasını təşkil edir. Rubrika təsvir olunan xarici şəhərin özəlliklərini, maraqlı yerlərini, yeməklərini əhatə edir. Yaş həddi 7-10

Poçt qutusu

balacaların göndərdiyi məktublar burada yer alacaq.

Lets learn English

bu rubrikada uşaqlar mövzularla ingilis dilini öyrənəcəklər. Bura həm oxu, həm yazı həm də çalışma daxildir. Hamısı bir mövzu ətrafında təqdim olunacaq. Yaş həddi 7-10

Yaddaşını yoxla