QAR YAĞDI

Qar yağanda

Hər tərəfi Çoxlu buzlar qapayır

Uşaqlar çox sevinir

Çıxır həyətdə oynayır.

 

ÇOX ÇALIŞSAN

Mənə heç kim inanmır

Elə mənə deyirlər

Çox çalışsan hər zaman

Sənə uğur gətirər.

 

YAZ FƏSLİ

Yazda çiçəklər açar

Bülbüllər cik-cik ötər

Hamı buna sevinir

Novruz bayramı gəlir.

 

DÖRD QARDAŞ

Hamı deyir ki,

Çalışırıq hamımız

Dör qardaşıq, dörd qardaş

Bilikliyiz hamımız.

Biz tənbəllik etmərik

Dərsə çoxdur həvəsimiz

Bunu hamı bilir ki,

Dörd qardaşıq, dörd qardaş.

 

 NAZİLƏNİN BACISI

Nazilənin bacısı

Naziləyə öyrədir

Dərsdə bilikli olmaq

Səni əla göstərir.

 

YAĞIŞ YAĞANDA

Yağış yağanda

Şimşək çaxanda

Çölə çıxmırıq

Yer islananda.

 

PAYIZ GƏLƏNDƏ

Payız gələndə

Ağacların yarpağı

Yerə tökülür bir-bir

Sarı yarpaqlar,

Yaşıl yarpaqlar

Hamı buna sevinir

Gəlib çöldə oynayır

 

ANAM VƏ ATAM

 Mən anamla atamı

Çox sevirəm ürəkdən

İkisi də çox gözəl

Yanaşırlar yanıma

 “Onlarsız həyat olmaz”

Deyir bütün uşaqlar

Mən də inanıram ki,

Gözəl adamdır onlar.