Sentyabrın 28-30 tarixlərində, Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Yarmarkada müxtəlif kitab nəşriyyatları ilə yanaşı, TEAS PRESS nəşriyyatı da Yay kitab, 3alma, Qaranquş kimi jurnal və kitab brendləri ilə iştirak edib. İlk dəfə belə bir sərgidə iştirak edən “Qaranquş” uşaq jurnalı öz oxucuları və qonaqları qarşısına hədiyyələr və Qaranquş maskotu ilə çıxdı. Xüsusilə balacaların marağına səbəb olan maskot jurnal oxucularına hədiyyələr paylamağıda unutmamışdı. Sərgidən olan maraqlı anlar fotolarda.