“Maarifləndirmə ayı” çərçivəsində Azərbaycan Milli İnəcəsənət Muzeyində uşaqlar üçün maraqlı tədbir keçirilmişdir. Muzeyi ziyarət edən məktəblilərə "Qaranquş" uşaq jurnalı və "3 Alma" Uşaq Ədəbiyyatından maraqlı hekayələr oxunmuş və rəssam-illüstrator tərəfindən həmin hekayələrə illüstrasiyaların çəkilmə texnikası izah olunmuşdur. Uşaqların çəkdiyi rəsm-illüstrasiyalar “Qaranquş” uşaq jurnalının növbəti nömrələrində dərc olunacaq. Həmçinin balaca kitabsevənlərə "3 Alma" Uşaq Ədəbiyyatından olan kitablar və “Qaranquş” jurnalı hədiyyə edilmişdir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kiçik musiqiçiləri öz çıxışları ilə tədbirə xüsusi rəng qatdılar. Sonda uşaqlara muzeyin Qədim Azərbaycan zallarında maraqlı interaktiv ekskursiya keçirilmişdi.