"Qaranquş" uşaq jurnalında Azərbaycanın təcrübəli uşaq yazarlarının hekayələri, məqalələri dərc olunur. Bu yazılarda uşaqların yaş həddi, maraqları nəzərə alınıb.

Jurnal hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə jurnal həm müəllimlər, həm də şagirdlər üçün xüsusilə faydalıdır.

Əsasən 5-10 yaş arası uşaqlar üçün nəzərdə tutulan "Qaranquş" jurnalının digər bir üstünlüyü isə burada ingilis dilində mövzuların, tapşırıqların olmasıdır. “Let's Learn English” rubrikası uşaqları ingilis dilini öyrənməyə həvəsləndirir. "Qaranquş" uşaq jurnalı uşaqları əyləndirməklə yanaşı, onlara yeni informasiyalar verməklə, əlavə elmi-metodik vəsait rolunu oynayır.

 

Redaksiya

Baş redaktor: İlham Rəfi
Redaktor: Fatma Hüseynova
Korrektor:Elnarə Əhmədova

Dizayn
Art direktor: Miraslan Zeynalov
Dizayner: Ruhulla Həsənzadə

Marketinq və reklam
Musa Əfəndi

Təsisçi
TEAS PRESS Nəşriyyat evi

Abunə
Rüstəm Nəbizadə
Tel: (+994) 50 290 42 70

 

E-poçt: info@qaranqush.az
Ünvan: Şəfaət Mehdiyev 97, Bakı, Azərbaycan, AZ1001
Tel: (+994) 12 433 14 90