Yeni ilə bir həftə qalmışdı. Rəna dəftərindən iki qoşa vərəq qoparıb, yazı masasının arxasına keçdi. Uzaqda yaşayan qohumlarına məktub yazacaqdı. Rənanın bir dayısı Turkiyədə, digəri isə Yaponiyada işləyirdi. O, tez-tez dayıları, həmyaşıdı olan dayısı uşaqları ilə görüntülü danışırdı. Amma bəzən anası Bakıdan sovqat göndərəndə Rəna qohumlarına məktub da yazmağı xoşlayırdı. Axı məktubun öz yeri var. Onların göndərdiyi hədiyyələr və məktublar qısa müddət ərzində sahiblərinə çatırdı.
Rənanın dayıları yaşadıqları ölkədəki azərbaycanlılarla tez-tez görüşür, bir-birinin evinə qonaq gedirdilər.

ətraflı jurnalda