Yeni il munasibətilə məktəbdə karnaval keciriləcəkdi. Necə vaxtdır ki, uşaqlar hazırlaşır, karnaval üçün geyim barədə fikirləşirdilər. Cəmil və Nihad Mark Tvenin “Şahzadə və dilənci” əsərindən obrazları secmişdilər. Nihad – şahzadə, Cəmil isə – dilənci kimi geyinməyi qərara almışdı. Nihadın şahzadə kostyumu çoxdan hazır idi. Cəmil də deyirdi:
– Sizi yaxşı əyləndirəcəyəm. Elə bir kostyum hazırlamışam ki, nənəm demiş, cındırımdan cin ürkür.
Hans Xristian Andersenin nağıllarını çox sevən İnci Qar kraliçası olmağa hazırlaşırdı. Özunə ağ örtük və parlaq tac hazırlamışdı. Fərid isə şənliyə Pinokkio kimi gəlməyə qərar vermişdi. Yuxarı sinif şagirdləri məktəbin emalatxanasında ona taxtadan uzun burun da yonub duzəltmişdilər. Təkcə Sevinc hansı obrazı secəcəyini bilmirdi. Şənliyə lap az qalmışdı, amma o hələ nə edəcəyini bilmirdi deyə heç kefi yox idi.

ətraflı jurnalda