Bostanda hər növ tərəvəz yetişir! Lakin bunların arasında ən çox istifadə etdiyimiz kələmdir. Kələm bərəkətli, dadlı və faydalı bitkidir. Onda çoxlu VİTAMİNLƏRMİNERALLAR var.
Budur, lap böyük, ağ rəngli baş kələm. Onun çəkisi bəzən 10 kiloqramdan artıq olur. Bu cür şirəli və şirin kələmə bəzən “payız kələmi” də deyirlər.
Qoz böyüklükdə də kələmlər var. Onlar uzun zoğun üstündə cərgə ilə sıx düzülərək yetişir. Adı Brüssel kələmidir. Bu xırda kələmlər də çox dadlı və xeyirlidir. C vitamini ilə zəngindir.

ətraflı jurnalda