Əziz dostlar, bu dəfə sizə palçıq vulkanlarından danışacağıq. Palçıq vulkanı dedikdə, təsəvvürümüzdə palçıqla dolu, “pıqqıldayan” bir gölməçə canlanır. Belə gölməçələr Bakı ətrafında, Şamaxı və Qobustan ərazisində çoxdur.
Palçıq vulkanları qəflətən püskürür və palçığı ətrafa səpələyir. Həmin yerdə əmələ gələn kasayaoxşar cökəkliyə KRATER deyirlər. Püskürmədən sonra palçıq qaynayaraq axmağa başlayır. Ətrafa yayılan gilin istiliyi çox olmur – hətta yayda temperatur 15 dərəcəni keçmir. Odur ki, palçıq vulkanı rastınıza çıxarsa qorxmayın, əlinizi onun palçığına bulaya bilərsiniz.

ətraflı jurnalda