Uşaqlar, əvvəllər Yaponiyanın paytaxtının Tokio deyil, Kioto şəhəri olduğunu bilirdiniz? Sizə bu şəhər haqqında maraqlı faktları catdıracağıq. Faktlardan birincisi budur ki, şəhərin adındakı hecaların yerini dəyişdikdə indiki paytaxtın, yəni Tokionun adı alınır.
1000 ildən artıq yaşı olan Kiotoda ən məşhur tarixi abidə vaxtilə Yaponiya imperatorlarının yaşadığı İmperator Sarayıdır. Bura Yaponiyada turistlərin ən çox ziyarət etdiyi yerdir.