Yeni dərs ilinə başlayırıq!

Fərid:Mən yeni dərs ilindən nə gözləyirəm? Maraqlı günlər, yeni sərgüzəştlər, dərslərdə və idmanda uğurlar! Fikrim var ki, bu il yalnız əla qiymətlər alım. Keçən il bəzi qüsurlarım olub, bu il onları düzəltmək istəyirəm. Gərək riyaziyyatdan məsələ həllinə fikir verim, informatikadan alqoritmləri düz qurum, imlada səhv buraxmayım. Futbol komandamızın kapitanına söz vermişəm ki, birinci hücumçu özüm olacağam. Əlbəttə, bunun üçün çox çalışmalıyam.
İnci:Kaş tətil bir az da çox olaydı. Amma məktəb üçün də darıxmışam. Hamı bəzənib! Məktəb də bəzənib, görün nə qəşəngdir. Qapısı da dəyişib. Hər tərəf tərtəmizdir, sinif otaqları bizi gözləyir. Məktəb təkcə bilik öyrəndiyimiz yer deyil, burada həm də ömürlük dostlar qazanırıq. İstərdim ki, bu il tez-tez ekskursiyalara, teatra gedək... Sizə bir sirrin üstünü açım. Mən bu il öz tənbəlliyimə qalib gəlmək üçün daha çox çalışacağam. Tənbəl olmaq istəmirəm! Keçən dərs ilində yaxşı və pis qiymətlərim olub. İstəyirəm bu il ancaq yaxşı qiymətlər alım.

ətraflı jurnalda