Bu gün bilik günüdür!
Dönüb ağ kəpənəyə
Məktəbə yollanırıq,
Şən nəğmə deyə-deyə.
...Üzümüzdə təbəssüm,
Çiynimizdə çantamız.
Məktəbə gedirik biz,
Açıq olsun yolumuz!
Gör necə də tələsir
Əlində bir dəstə gül.
Balaca qardaşım da
Məktəbə gedir bu il.

ətraflı jurnalda