Fransada 300 ilə yaxın ingilis dilinin rəsmi dil olduğunu bilirdiniz? Bəs 1 aprelin ilk dəfə məhz Fransada gülüş günü elan olunduğunu necə? Avropanın yeganə Disneyləndi də məhz bu ölkədə yerləşir. Fransa haqqında bilmədiyimiz maraqlı şeylər çoxdur! Odur ki, gəl Qərbi Avropanın ən böyük ölkəsinə səyahətə çıxaq!
Ölkənin rəsmi adı Fransa Respublikasıdır. Devizi: “Azadlıq, bərabərlik, qardaşlıq”dır. Fransanın adı Şimal-qərbi Avropada yaşayan german tayfalarının bir qolu olan frankların adından götürülüb.
Paytaxt: Paris
Dil: Fransız dili
Ən böyük şəhəri: Paris
Din: Xristian
Ərazi: 674, 843 km
Əhali: 66 200 000
Pul vahidi: Avro
Gözəl təbiət...
Qərbi Avropanın ən böyük ölkəsi olan Fransa təbiətinin gözəlliyi ilə seçilir. Ölkənin ərazisi şimaldan Şimal dənizi, qərbdən Atlantik okeanı, cənubdan Aralıq dənizi ilə əhatə olunur. Cənubda Pireney dağları İspaniya ilə təbii sərhəd sayılır. Fransanın şərqində Alp dağları və bütün Avropanın ən hündür zirvəsi olan Monblan ucalır.

ətraflı jurnalda