Bilirsinizmi, bizim çoxlu növlərimiz var. Müxtəlif dənizlərdə yaşayırıq. Dərimiz fərqlidir. Doğulanda bədənimiz ağ tüklərlə örtülmüş olur. Bu, yırtıcılardan qorunmağa kömək edir. Bizim düşmənimiz balinalar, qütb ayıları, qütb tülküləri və ovçulardır. Getdikcə tüklərimizin rəngi tündləşir. Bizə “dəniz şirləri” də deyirlər.
Doğulan kimi anamız bizi iyləyir və toxunur, beləliklə, başqa suitilərlə qarışıq salmır. Bədənimiz yağla örtülüdür. Bu yağ bizi isti saxlayır, donmağa qoymur. Doğulandan 3 həftə sonra üzməyi öyrənirik. Ən sevimli yeməyimiz kilkə və digər balıqlardır. Böyüyəndə boyumuz 1,85 m, çəkimiz isə 132 kq olur. Biz 20-25 il yaşayırıq.

ətraflı jurnalda