Uşaqlıq insanın sürətlə böyüyüb inkişaf etdiyi dövrdür. Bu zaman qidalanmaya xüsusi diqqət yetirməlisiniz. Məsələn, yumurtanın fiziki və zehni inkişafınızda böyük faydası var.

YUMURTA NƏLƏRƏ “QADİRDİR?”

Əzələləri möhkəmləndirir və enerji ilə təmin edir. Proteinlə zəngin olması sayəsində diqqəti artırır.
Sizdən soruşsalar ki, ən keyfiyyətli zülal mənbəyi nədir, düşünmədən cavab verin: Yumurta Yumurtanın tərkibindəki zülal asanlıqla həzm olunur. Beyin üçün vacib olan A, D, E vitaminləri ilə zəngin yumurta məktəb yaşlı uşaqların gündəlik yemək menyusunda mütləq olmalıdır.
VALİDEYNLƏRİN DİQQƏTİNƏ: Yumurtanı hər gün soyutma, yaxud tərəvəzli, pendirli omlet şəklində uşaqlara yedirə bilərsiniz. Yağda qızardılmış yumurtalı çörəyi də balacalar iştaha ilə yeyirlər.