Dərs ilinin son günü idi. Müəllimə elan elədi: – Sabah Qəbələdə yerləşən yay düşərgəsinə yollanırıq. – Ura! – 3B sinfinin uşaqları bir ağızdan qışqırdılar. – Səhər saat 8:00-da hamı məktəbin həyətində olsun. Yol çantanızı götürməyi unutmayın.
***
Uşaqlar iki saatdan artıq idi ki, yola çıxmışdılar, yolboyu mahnı oxusalar da, deyib-gülsələr də, heç biri yorulmamışdı. Hava quru və isti idi. Şəhərdən uzaqlaşdıqca yaşıllıq artır, göz oxşayan mənzərələr bir-birini əvəz edirdi. Yolun üstündə bulaq görən sürücü avtobusu kənara çəkib saxladı.

ətraflı jurnalda