...Təxminən 280 il əvvəl məşhur Qarabağ xanı, sərkərdə Pənahəli xan sonralar el arasında sadəcə “İmarət” adlanacaq ərazidə ağ daşdan bir möhtəşəm imarət tikdirir. Hər yerdən baxanda görünən, günəş şüaları altında bərq vuraraq gözləri qamaşdıran bu ağ imarət uzun müddət ətraf kəndlərin əhalisi üçün mayak rolunu oynayır, bir növ, bələdçilik edir. İmarət təkcə ağdamlılar üçün deyil, bütün qarabağlılar və məlumatı olan azərbaycanlılar üçün müqəddəs məkan sayılırdı:
Qarabağ xanları və onların bir çox ailə üzvləri məhz Ağdamın İmarətində dəfn olunub. Təəssüf ki, bu gün həmin məzarlıq da digər Qarabağ torpaqları kimi işğal altındadır.
Ağdam Azərbaycanın ən böyük rayonlarından, ən gözəl və səfalı yurdlarından, Ağdam şəhəri isə ölkəmizin bənzərsiz gözəl şəhərlərindən biri idi.

ətraflı jurnalda