İordaniya Həşimilər Krallığı Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Ölkədə idarəetmə üsulu dualistik monarxiyadır. İordaniyanı kral və onun təyin etdiyi nazirlər idarə edir. Əhalisinin 98 faizini ərəblər təşkil edir. Rəsmi dini islamdır, əhalisinin cəmi 4 faizini xristianlar təşkil edir. Ölkənin paytaxtı Əmman şəhəridir.
Təbiəti

Burada qışda sərin, yayda isə quraq və isti hava olur. Ərazisinin 88 faizini səhralar və yarımsəhralar təşkil edir. İordaniyada çoxlu kiçik çaylar var, lakin yayda isti və quru iqlim şəraitinə görə onların suyu tamamilə quruyur və ölkə əsl vadiyə çevrilir. Burada zəlzələlər adi hadisə sayılır.

ətraflı jurnalda