Vətənimiz Avstraliyadır. Biz bu ölkəni təmsil edirik. Hətta Avstraliyanın dövlət gerbinin üzərində şəklimiz var. Sürü şəklində yaşayırıq, bitkilər və cürbəcür otlarla qidalanırıq.
“Kenquru” sözünün mənasını bilirsiniz? Məşhur avropalı səyyah Ceyms Kuk ilk dəfə Avstraliyaya gələndə bizi görüb və ilk dəfə gördüyü heyvanın adını yerli sakindən öyrənmək istəyib. Amma həmin yerli onun nə dediyini başa düşməyib və “Ken qu ru” deyə cavab verib. Bu isə aborigen dilində “başa düşmürəm” deməkdir. Beləcə, adımız kenquru qalıb..

ətraflı jurnalda