Açıq havada, təbiətin qoynunda olarkən dönüb ətrafınıza baxın. Otla örtülü təpələri, sıldırım qayaları, dərələri və ya mağaraları görəcəksiniz. Bunlar Yer kürəsinin təbii relyef formalarıdır. Mağaralar yerin altında yaranan oyuqlardır. Onları aşkar etmək çətindir, çox vaxt görmək və ya müəyyən etmək mümkün olmur. Mağaralar milyon illər ərzində formalaşır.
Avstraliyanın mavi dağlarında yerləşən Cenolan mağarası dünyanın ən qədim mağaralarındandır. Onun 340 milyon il yaşı var. Bu o deməkdir ki, Cenolan mağarası dinozavrlardan da yaşlıdır!..

ətraflı jurnalda