Çırağın zəif işığı kitabın səhifələri üzərində kəpənək kimi çırpındı. Sonra getdikcə zəiflədi. Azacıq işıldadı, közərib söndü. Hənifə xanım masaya yaxınlaşdı. Öz-özünə dedi: “Nefti qurtarıb”. Masaya dirsəklənib gözlərini sönən çırağa zilləmiş Həsən bəy Hənifə xanımın sözünün davamı kimi əlavə etdi: – Əqlimizin, beynimizin, düşüncəmizin işığı yox idi, evimizin də çırağı söndü. Hənifə xanım neftlə doldurduğu çırağı yandırdı. Masaya qoydu. Diqqətlə həyat yoldaşına baxıb dedi: – Dərdin nədir? Niyə üzünü qara kölgə alıb? – Hənifə xanım, “Cəmiyyəti-xeyriyyə” bağlandı... Səbəb isə ianə verənlərin sayının tükənməsidir. Biz teatr yaratdıq, “Hacı Qara” kimi möhtəşəm bir əsəri səhnələşdirdik, olmadı. Teatr otağı boş qaldı. Bəs nə edək, neyləyək ki, yoxsul balalarına elm-savad öyrədək?! Hə, Hənifə xanım, indi bildin dərdim nədir? Hənifə xanım qayğıkeşliklə dedi: – Mən əlimdən gələni edirəm. Evdə hazırlaşdırdığım uşaqların sayı 10-a çatıb. Lap az yataram, az dincələrəm, 20-sini də... Həsən bəy onun sözünü kəsdi:

ətraflı jurnalda