Alçanın növləri
Alça yayın ilk nübarlarındandır. Bu turşməzə, əsasən, yaşıl rəngli meyvəni, demək olar ki, hamı sevir. Vətəni İran və Kiçik Asiya sayılan bu meyvənin 30-a yaxın növü var. Azərbaycanın meşələrində yabanı alça növlərinə çox rast gəlmək olar. Ən çox Şəki, Qəbələ və Naxçıvan zonasında yetişir. Xanbəyi, şabranı, ağ alça, cır alça, göyçə sultan növləri daha çox yayılıb.
Faydaları
C vitamini ilə zəngin olan bu meyvəni öz vaxtında yemək lazımdır. Alça susuzluğu aradan qaldırır, tərkibindəki vitaminlər sayəsində orqanizmdəki toxumaları gücləndirir, bədəni möhkəmləndirir. Alça orqanizmdə qan hüceyrələrinin yaranmasına, böyrək, mədə-bağırsaq problemlərinin profilaktikasına kömək edir. Öskürək, astma, boğaz ağrısı, soyuqdəymə zamanı bu meyvə xeyirlidir.

ətraflı jurnalda