Bu qeyri-adi bulaq Azərbaycanımızın “Qərb qapısı” sayılan Qazaxda Avey dağının ətəyindədir. Əziz dostum, o bulağı nə vaxtsa görmək istəsən, Daş Salahlı kəndinin yolları sənə “bələdçilik” edəcək. Bir az gedəndən sonra bu yollar səni əzəmətli Avey dağı, bu dağın ətəyində qərar tutan o möcüzə bulaqla görüşdürür. Elə həmin anda fərqli bir məkana düşdüyünü hiss edirsən. Hündürlüyü təxminən min metrə çatan nəhəng qayaların arasından süzülən, dumduru, buz kimi soyuq, tavandan damcı-damcı “ovuc”a yığılan bulaq, Daş mağaranın heybətli duruşu, bir sözlə, nə varsa, indiyə kimi gördüklərindən tam fərqlidir. Bunlara ancaq nağıllarda rast gəlmək mümkündür...
Avey dağı Kiçik Qafqazdakı zirvələrdən biridir. İlkin arxeoloji tədqiqatlar zamanı burada daş dövrünə aid 30-a yaxın mağara aşkar olunub. İbtidai insanlar bu təbii mağaralardan yaşayış yeri kimi istifadə ediblər. Həmin məskənlərdən ən böyüyü Damcılı mağara düşərgəsidir.

ətraflı jurnalda