Hava nədir?

Hava günəşli və ya buludlu, rütubətli və ya quru, isti və ya soyuq, küləkli və ya sakit ola bilər. Həmçinin, bu saydıqlarımızın hamısı eyni vaxtda baş verə bilər. Havanın dəyişkənliyi xəritədə müxtəlif simvollarla ifadə olunur.
Dünyada çox isti və soyuq yerlər var. Həddən artıq rütubətli və olduqca quru iqlimə malik yerlər də mövcuddur.


Sinoptiklər kimdir?

Sinoptiklər dünyanın hər yerində gün ərzində havanın temperaturunu qeyd edirlər, peyk müşahidələrinin nəticələrinə əsasən, əvvəlcədən havanın necə olacağı barədə proqnoz verirlər.

Külək

Sinoptiklər küləyin iki xüsusiyyətini əsas götürürlər. Onlar küləyin gücünü və hansı istiqamətdə əsdiyini ölçürlər.

ətraflı jurnalda