Elə bilirsiniz ki, biz cizgi filmlərindəki kimi, alma ilə qidalanırıq? Yox, yox! İlanların, qurbağaların, soxulcanların, siçanların, tırtılların, böcəklərin qənimiyik. Ovumuzu iyindən tanıyırıq.
Yuvamızı meşədə, çay kənarında, kol altında, çuxurda düzəldir, quru yarpaq və otları daşıyıb içinə yığırıq. Qışda isə yumaq kimi yumrulanıb yuxuya gedirik. Demək olar ki, ömrümüzün 236 gününü yuxuda keçiririk. Qaçmağı, dırmanmağı, üzməyi yaxşı bacarırıq.
İnsanlar, heyvanlar, hətta bitkilər belə gecələr yatır, gündüzlər oyaq qalırlar. Biz isə əksinə, səhərlər yuxuya gedir, axşamlar isə ova çıxırıq...

ətraflı jurnalda