Cəmil: “Yay gecələrində səmaya baxmağı çox sevirəm. Kainatda bizim bilmədiyimiz nə qədər planet və ulduz var! Çox istərdim ki, o planetlərə uçum. İndi təsəvvür edirəm ki, arzum yerinə yetir – mən kosmosa uçuram! Mən və dostlarım! Bir neçə işıq ili keçirik və budur, başqa ulduz sistemindəyik. Kosmosu tədqiq edir, gördüyümüz hər şeyi videokameraya çəkirik. Hə, axı kosmosda çəki yoxdur! Çəkisizlik bizə mane olur – havada ləngər vururuq, kamera sözümüzə baxmır. Amma biz birlikdəyik. Köməkləşib hər işin öhdəsindən gəlirik”.

Fərid: “Kosmosun fəthi hələ keçən əsrdən başlanıb. Kosmosa uçan ilk insan Yuri Qaqarin olub. O, kosmik gəmidə saat yarıma Yerin ətrafına dolanıb. İndi elm sürətlə inkişaf edir, yeni planetlər, qalaktikalar kəşf olunur. Aeromühəndislər tezliklə bizi başqa dünyalara aparan gəmilər düzəldəcəklər. Ola bilər ki, Qalaktikalararası stansiyalar yaradılacaq və biz onlardan keçərək başqa planetlərə uçacağıq. Ən maraqlısı isə, başqa sivilizasiya ilə, yadplanetlilərlə tanış olacağıq. Kosmonavt olmaq istəyirəm! Bilirəm ki, bu, asan iş deyil. Kosmonavt olmaq üçün astronomiyanı, coğrafiyanı bilmək, saysız-hesabsız aparatlardan baş çıxarmaq lazımdır. Fiziki hazırlığın da yerində olmalıdır. Bacararam!”

ətraflı jurnalda