Rusiya deyəndə Fyodor Dostoyevski, Lev Tolstoy, Anton Çexov kimi dahi ədəbiyyat xadimləri, ilk dəfə kosmosa uçan Yuri Qaqarin, Moskvanın möhtəşəm Qırmızı meydanı, süqut etmiş Sovet imperiyası yada düşür.

Dünyanın quru sahəsinin böyük bir hissəsini tutan bu ölkənin ərazisi təxminən 17 milyon km2-dir. Rusiya ərazisinə görə Avropa qitəsindən və Avstraliya materikindən daha böyükdür. Hətta bu ölkənin sahəsi Pluton planetinin sahəsindən də böyükdür.
İki qitədə yerləşən Rusiyanın bir tərəfində saat 10:00 olanda, digər tərəfində 15:00 olur. Saat qurşaqları arasındakı bu fərqin səbəbi də ölkənin geniş əraziyə malik olmasıdır.

ətraflı jurnalda