Dostlarınızdan birinin ad gününə dəvət almısınızsa, cürbəcür dadlı şirniyyatlara, rəngli şarlarla oyunlara, rəqslərə, hər cür sürprizlərə, bir sözlə, çoxlu əyləncəyə hazır şəkildə şənliyə yollanmaq lazımdır.
Şənliyin keçiriləcəyi yerdən asılı olaraq (evdə, kafedə, yaxud açıq havada) paltar seçiminiz də dəyişməlidir. Qızlar, hamınızın qarderobunda bu cür xüsusi günlər üçün ayırdığınız donlar var. Bir gün öncədən onları bir-bir geyinib, əhvalınıza və havaya uyğun olanını seçin, təmizləyin, ütüləyib asılqandan asın. Ad günü şənliyi üçün daha əlvan rənglərə üstünlük verməyə çalışın.
Oğlanlar, siz də hazırlığa bir gün əvvəldən başlayın. Söhbət şənlikdən gedirsə, təbii ki, əlvan rənglərdən istifadə etməyiniz daha məqsədəuyğundur. Axı yaxın dostunuzun ad günüdür və əlvan rənglər sizin də əhvalınıza təsir edəcək.

ətraflı jurnalda