Səhraların sahəsinin genişlənməsi, daha çox əraziyə yayılması, yararlı torpaqları əhatə etməsi “səhralaşma” adlanır. Quruyan torpaqlar səhralaşır, burada bitkilər bitmir, daşqınlar və ya quraqlıqlar olur, içməli su keyfiyyətini itirir, canlılar üçün aclıq və susuzluq təhlükəsi, qum fırtınaları yaranır.
Bəs səhralaşmanın səbəbləri nədir?
Meşələrin qırılmasının müxtəlif səbəbləri var. Dünyanın bir çox yerlərində insanlar ağacları kəsərək, onlardan yanacaq və ya tikinti xammalı kimi istifadə edirlər. Ağaclar faydalı və yararlı olan torpaqların mühafizəçisidir, meşə ərazilərdə torpaqlar su və minerallarla zəngin olur. Üstəlik, güclü küləklər və yağışlar torpağın faydalı olan üst qatına təsir edə bilmir.

ətraflı jurnalda