Bir gün Günəş, Külək, Yağış, Göy qurşağı, Qar, İldırım hündür dağın başında oturmuşdular. Onlar özlərini tərifləyir, hansının daha çox sevildiyi barədə mübahisə edirdilər.
Günəş elə hey deyirdi:
– Uşaqlar ən çox məni sevir. Mən göy üzünə qalxanda hava isti olur. Onlar həyətdə əylənib oynayırlar, dənizə gedirlər. Yoxsa bu qar kimi... O yağanda, hava çox soyuq olur.
Bunu eşidən Qar hirslənib söhbətə qoşuldu:
– Mənə nə olub ki, hava soyuq olanda uşaqlar yenə də həyətdə oynayırlar...
Beləcə, hər biri özünün daha çox sevildiyini sübut etməyə çalışaraq xeyli mübahisə etdilər. Axırda Dağ dözməyib dilləndi:
– Gəlin belə edək, hər biriniz məharətini tək-tək göstərsin. Görək, uşaqlar hansınızı daha çox xoşlayacaq?

ətraflı jurnalda